Torpağım

Vətənə ana de – qeyrətlisənsə,
İnan öz gücünə – cürətlisənsə,
Qoru od-ocağı-qüdrətlisənsə,
Düşmən tapdağında qalıb torpağım.
Sənə ümid bəsləyir el, Qarabağım.

Qubadlını, Kəlbəcəri düşün sən,
Doğma yurdu, bu yerləri düşün sən,
Qələbəni, zəfərləri düşün sən,
Düşmən tapdağında qalıb torpağım.
Sənə ümid bəsləyir el, Qarabağım.

Kədərlə yad edir o anı Vətən,
Xəbərdar eylədi cahanı Vətən,
Nə qədər çəkəcək cəfanı Vətən?
Düşmən tapdağında qalıb torpağım.
Sənə ümid bəsləyir el, Qarabağım.

Laçın gedib, Ağdam gedib, ay Allah,
Yağı hər an fürsət güdüb, ay Allah,
Qaniçənlər nələr edib, Ay Allah?
Düşmən tapdağında qalıb torpağım.
Sənə ümid bəsləyir el, Qarabağım.

12 may 2002