Zərifsən

Mələklər göydən gətirib,
Nə incəsən, nə zərifsən.
Tanrım gözəllik də verib,
Nə incəsən, nə zərifsən.

Sən hamıdan mehribansan,
Mələk timsallı insansan,
Bir mənim də halıma yan,
Nə incəsən, nə zərifsən.

Hardan çıxdın qarşıma sən,
Gah kədərli, gah da ki şən,
Necə doyum sözlərindən?
Nə incəsən, nə zərifsən.

Sən ömrümü təzələdin,
Nə yaxşı «sevirəm» – dedin,
Yollarıma nur ələdin,
Nə incəsən, nə zərifsən.

Yox, ana doğmayıb səni,
Görən mələk sayıb səni,
Unutma qəlbdən sevəni,
Nə incəsən, nə zərifsən.

Əli Vəkil, sev ürəkdən,
Söhbət açma hər mələkdən,
Öz yarına nəğmə qoş sən,
Nə incəsən, nə zərifsən.

20 sentyabr 2000