Bu fani dünyada, ulu cahanda
Qayğını, nazını çəkmək nə xoşdu.
Eşqin bağçasında, gülüstanında
Adına gülləri əkmək nə xoşdu.
Eşqin, məhəbbətin əsiri kimi
Sənə ürəyimi açmaq nə xoşdu.
Bir anda unudub kədəri, qəmi,
Əngin səmalarda uçmaq nə xoşdu.
Sevginin qədrini bilərək, gülüm,
Adına nəğmələr yazmaq nə xoşdu.
Səninlə şadlanıb gülərək, gülüm,
Sevda yollarında azmaq nə xoşdu.
Sadiq aşiqlərin örnək eşqini
Yazaraq ellərə yaymaq nə xoşdu.
Hər insan qoruya gərək eşqini,
Göydə ulduzları saymaq nə xoşdu.
Əhdini danmayan Əli Vəkiləm,
Həsrətin oduna yanmaq nə xoşdu.
Səni sevən, duyan Əli Vəkiləm,
Sadiq yarı tez-tez anmaq nə xoşdu.
16 mart 2006