Açıl səhərim

Bizə sevinc gətir sən,
Açıl səhərim, açıl.
Günü sona yetir sən,
Açıl səhərim, açıl.

Hamı səndən söz açsın,
Sevgi qəlbdə iz açsın,
Yeni insan göz açsın,
Açıl səhərim, açıl.

Uğur gətir özünlə,
Ürəkdə qal sözünlə,
Dan sökülsün gözünlə,
Açıl səhərim, açıl.

Qaranlıq yoxa çıxsın,
Dünyaya işıq axsın,
Günəş yandırıb, yaxsın,
Açıl səhərim, açıl.

Min arzu, dilək səndə,
Gül səndə, çiçək səndə,
Zəfərlər görək səndə,
Açıl səhərim, açıl.

Xoş xəbərlər istərəm,
Səndən zəfər istərəm,
Daha nələr istərəm,
Açıl səhərim, açıl.

Qoy sökülsün qızıl dan,
Üzə gülsün qızıl dan,
Qonaq gəlsin qızıl dan,
Açıl səhərim, açıl.

8 avqust 1997