Ağ ayranı itə tökərlər içsin

Ağ ayranı itə tökərlər içsin,
Qara kişmişi də oğlanlar seçsin.
Kişmiş cibə tökülsün, ayran itə,
İt ayrandan, oğlan kişmişdən keçsin.

Yerə döyür papağını hər anda,
Yerə döyür ağlayanın yanında.
Ağlayan, papağı alar əlindən,
Papaqsız dolanar, gəzər cahanda.

Quyruğunu qurd üzəcək elə bil,
Qorxaqlar heç yerə tək gedən deyil.
Qorxaqlara yer yoxdur bu aləmdə,
Qorxaq adlı sözü gəl lüğətdən sil.

Nə xəbəri var deyin, toxun acdan?
Kim nə umacaqdır ac-yalavacdan?
Yadına salarsa toxlar acları,
Kasıblar ac qalmaz onda heç zaman.

Danışmayın siz ölənin dalınca,
Rəhmət deyin onu yola salınca.
Rahat yatsın yüngül olsun torpağı,
Nə görəcək qəbrə qoyulmur baca.

Daş qayaya rast gəlibdir, neyləyək?
Üz tutaraq bunu kimə söyləyək?
Adam var ki, elə qan-qan deyir hey,
İnadından döndərib onu necə əyləyək?

Saqqalım yoxdur, bax sözüm keçməyir,
Ağsaqqal sözünü bəzən gənc deyir.
Saqqalın ağ olsun, ya qara olsun,
Söz var hikmətlidir, söz var qəlbə dəyir.

Deyiblər arvadı əri saxlayar,
Yağlı pendiri də dəri saxlayar.
Gərək yaxşı olsun dəri də, ər də,
Hər şeyin öz qiyməti, hər şeyin öz yeri var.

Dəlləkliyi öyrənmə gəl başımda,
Ən.əl olar sənin üçün başım da.
Əgər birdən sən korlasan başımı,
Olaram biabır mən bu yaşımda.

Mən atamı öldürürəm onunçün,
Goruna and içəm, and içəm hər gün.
Öldürmə atanı, sağ qalsın, and iç,
Pehman olacaqsan, inan ki, bir gün.

19 sentyabr 2002