Ağ göyərçin

Hamı sevir o quşu,
Sülh quşudur əzəldən.
Uçub getməz heç yerə
Sevib-seçdiyi eldən.

Ağı da var, göyü də,
Gözəl quşdur göyrçin.
Bəlkə bütün quşlardan
Əzəld quşdur göyərçin?

Sülhün elçisi kimi
Gedir qonaq göyərçin.
Qanad çalsın səmada
Həmişə ağ göyərçin.

Heç bir ölkə, heç bir el
Göyərçinsiz olmasın.
Heç bir fəsil, heç bir il
Göyərçinsiz olmasın!