Aləmin var

Mənim öz hisslərim, arzularım,
Sənin öz dünyan var, öz aləmin var.
Könül rübabımın simləri tarım,
Sənin öz dünyan var, öz aləmin var.

Nə desən hazıram mən səndən ötrü,
Məst edir hey məni telinin ətri,
Xoş olur əlində gülünün ətri,
Sənin öz dünyan var, öz aləmin var.

Bəlkə də yadına düşmürəm, gülüm,
Qəbindən keçəni axı, nə bilim?
İstərəm səninlə şadlanım, gülüm,
Sənin öz dünyan var, öz aləmin var.

Nə falçıyam, nə də ki, bir sehrbaz,
Həm od olur, həm könüldə qar, ayaz,
Ümman kimi ürək dərin, ya dayaz,
Sənin öz dünyan var, öz aləmin var.

Bəsdir daha, gəl qəlbini aç mənə,
Nəğməni yazdırır ehtiyac mənə,
Əli Vəkil, de ki, bu eşq tac mənə,
Sənin öz dünyan var, öz aləmin var.

25 sentyabr 2000