Anarın ad günü

Deyib-gülür bu gün Anar,
Kim gəlirsə öpür onu.

Bu qədər də qonaq olar,
Elə bil ki, yoxdur sonu!

Bu təntənə, məclis nədir?
Hərənin öz hədiyyəsi.

Anavsı da yaman şəndir,
Eşidilir mahnı səsi.

Anar başda əyləşibdir,
Yer ayrılıb onun üçün.

Kim gəlirsə təbrik edir,
Ad günüdür axı bu gün!