Anargil köçdü
Təzə mənzilə.
Dostluq eyləsin
İndi kim ilə?
Bu gün gedəcək
Yeni bağçaya.
Burda özünə
Kim dost saya?
Evdən çıxanda
Qəmləndi Anar:
– Ana, bağçada
Tanış deyildir
Mənə uşaqlar.
– Darıxma, oğlum,
Burda da sənin
Dostun olacaq?
Saxla yadında
Sən də onların
Adını ancaq.
Axşam bağçadan
Evə dönəndə
Gülürdü Anar.
Onun dalınca
Gülümsəyirdi
Tapdığı dostlar.
Gültəkin, Elçin,
Bəxtiyar, Aytən
Əl edirdilər
Pəncərələrdən!
11 avqust 1985
Pidsunda