At

İgidlərin köməyi,
Qoçağam, köhlənəm mən.
Faytona da qoşurlar,
Keçirəm küçələrdən.

Dərələrdən adlayıb,
Uca dağlar aşaram.
Lazım gəlsə qaçmaqda
Küləklə savaşaram.