Ata, ana böyütməli övlad

Ata, ana bö­yüt­mə­li öv­la­dı,
Fər­li öv­lad doğ­rul­da­caq so­ya­dı.
Qey­rət­li oğul­lar se­vib Və­tə­ni,
Qoy­ma­sın ya­xı­na ya­ğı­nı, ya­dı.

Da­ra düş­sə doğ­ma Və­tən ney­lə­sin?
Mərd öv­la­da: oğ­lum, qı­zım söy­lə­sin.
Qo­ru­ya­raq şöh­rə­ti­ni, şa­nı­nı
Üz tu­tub: “Mən sə­nə qur­ba­nam” – de­sin.

Dün­ya­da ana­mın ana­sı Və­tən,
Ha­mı­nın ha­lı­na ya­na­sı Və­tən.
Ana da mü­qəd­dəs, o da mü­qəd­dəs,
Dar gün­də biz­lə­ri ana­sı Və­tən.

“Və­tə­ni sev­mə­yən in­san ol­maz” – bil,
“Ol­sa da o kəs­də vic­dan ol­maz” – bil.
Nə gö­zəl de­yib­dir gör us­tad şa­ir,
Bu söz­lər yad­daş­dan si­li­nən de­yil.

Be­cər­di­yim gül­lə­ri­mi üzən yox,
O gül­lə­ri saç­la­rı­na dü­zən yox.
Nu­ra qərq ola­caq evim-eşi­yim,
Am­ma hə­lə gə­lib or­da gə­zən yox.

22 av­qust 2002