Ay Allahın tərs bəndəsi…

Gəl insafsız olma belə,
“Yandı bağrım döndü külə”,
İncidirsən bilə-bilə,
Ay Allahın tərs bəndəsi.

Görəmməzsən gözümdə yaş,
Vallah məni üzür təlaş,
Gəl sən olma ürəyi daş?
Ay Allahın tərs bəndəsi.

Niyə sözə baxmayırsan?
Məni ögeymi sayırsan,
Dərdə dözmək deyil asan,
Ay Allahın tərs bəndəsi.

Doğulmusan sevilməyə,
Sevgi ziynət yerə, göyə,
Sən şıltaqsan axı niyə?
Ay Allahın tərs bəndəsi.

Soldu məhəbbət, yaşadın,
Sevgiyə həsrət yaşadın,
Olmadı niyyət, yaşadın,
Ay Allahın tərs bəndəsi.

Gərəyindir isti nəfəs,
Niyə yoxdur səndə həvəs?
Nalə çəkir Əli, əbəs,
Ay Allahın tərs bəndəsi.

21 oktyabr 2000