Ayı

Qorxum yoxdur kimsədən,
Əyripəncədir adım.
Gah bal eşqinə düşdüm,
Gah da armud axtardım.

Payız sona yetişib,
Qar düşəndə hər yana.
Mağaramda gedirəm
Mən də qış yuxusuna.