Müqəddəsdir əsgər andı,
Cəsurlarım silahlandı.
Keçib oddan, alovlardan,
Qurtardılar eli dardan
Azərbaycan şahinləri!
Qorudular Vətənimi,
Həzi kimi, Mehdi kimi.
Qorudular Moskvanı,
Qorudular bu cahanı
Azərbaycan şahinləri!
Onlar keçdi canlarından,
Qorxmadılar qanlarından.
Silahları alov saçdı,
Qələbəyə yollar açdı
Azərbaycan şahinləri!
Sinələrdə coşdu ürək,
Getdi onlar Berlinədək.
Hər birisi qorxmaz, qoçaq,
Könüllərdə yaşayacaq
Azərbaycan şahinləri!