Dünyanın gülüstan diyarım sənsən,
Ömrümün çiçəkli baharı sənsən,
Qəlbimin ilhamı, vüqarı sənsən,
Qismətin ilk bahar – Azərbaycanım.
Torpağın cənnətdir, dərdlərə dərman,
Bu gözəl Qarabağ, bu Mil, bu Muğan.
Heyrandır hüsnünə, heyrandır cahan,
Səfalı, füsunkar Azərbaycanım.
Sən Əli Vəkilin şirin sözüsən,
Vuran ürəyisən, görən gözüsən,
Sevdin, əzizlədin hər an bizi sən,
Pozulmaz əhdim var – Azərbaycanım!
1 avqust 1999