Bəsimdi

Beş-on nəğməm, cızmaqaram, hər nəyim var bəsimdi.
Dağlarım çox bilir el, Kəpəz, Qoşqar bəsimdi.

Şeirə könül vermişəm, dolur-boşalır qəlbim,
Ürəyimdə yurd salan, şən duyğular bəsimdi.

Gəlimli, gedimlidir əzəl gündən dünyamız.
Olmasa da sərvətim, sadiq dostlar bəsimdi.

Seyr etdikcə yurdumu, ürəyim dağa dönür,
Keçirdiyim bu hisslər, bu iftixar bəsimdi.

Qarı düşmən qudurub, azıbdır öz yolunu,
Yağılar Qarabağda olacaq xar, bəsimdi.

Pay olmaz ki torpaqdan, silahlanmaq gərəkdir.
Xalqım öz arzusuna bir gün çatar, bəsimdi.

Əli Vəkil ömrünü əsirgəməz elindən,
Süngü edib qələmi, qisas alar, bəsimdi.

11 avqust 2002
Rusiya, İvanovo şəhəri