Səni əsgərliyə yola salırıq,
Niyə kövrəlmişəm, yaşarır gözüm?
Dalaraq xəyala fikrə dalırıq,
Elə bil tükənib söhbətim, sözüm.
Yurdumun mübariz əsgər oğlusan,
Dayan keşiyində sən bu torpağın.
Hünərdən yaranmış, hünər oğlusan,
Gəlsin xoş xəbərin, gəlsin sorağın.
Adınla fəxr edək, öyünək gərək,
Anam gözləyəcək hər an yolunu.
Qoy olsun halal ın yediyin çörək,
Zəfərlə yetişsin davanın sonu.
Verib öz borcunu, dön geri, qardaş,
Səni qarşılayaq güllə, çiçəklə.
Bir-bir sayacağıq günləri, qardaş,
Qayıt evimizə açıq ürəklə.
Gözümüz yoluna dikiləcəkir,
Doğma Qarabağım yad əlindədir.
Anan da, atan da fəxr edəcəkdir!
Doğma Qarabağım yad əlindədir!
14 avqust 1999