Balaca şair

Səs salmayın, sakit olun,
Şeir yazır bu gün Orxan.
Özünüz də bilirsiniz,
Şeir yazmaq yazmaq deyil asan.

Ehtiyatlı olun bir az,
Dağıdarsız fikrini siz.
Anasına nəğmə qoşur,
Şeir yazır qafiyəsiz.

Nə yazırsa əzbərləyir
Ürəyincə alınmayır.
Dönə-dönə misraları
Hecalayır, bir də sayır.

Deyin, şeiri necə yazsın,
Misralar düz gəlmir axı.
Oxumağa getmir hələ,
Nədir onun bəs günahı?

Orxan ıəzbər şeir dedi,
Sonra isə durdu gendə.
«Ana» şeiri yazacaqdır
Əlifbanı öyrənəndə.

14 avqust 1985
Pidsunda