Kənddə qonaqdır yenə
Anası ilə Tapdıq.
Tezdən tilov götürüb,
Getdi sahilə Tapdıq.
İstədi ov eləsin,
Balıq tutsun o çaydan.
Qarmaq atdı həvəslə
Gah o taydan, bu taydan.
Həsrətlə durub baxdı,
Suya dikdi gözünü.
Gözləməkdən yoruldu,
Hey turşutdu üzünü.
Demədilər buç ayda
Balıq yoxdur, ay Tapdıq.
Balıq bol olan yerdə
Balıq çoxdur, ay Tapdıq.
Bu sısqa kənd çayında
Balıq olsaydı əgər,
Tapdıq balıq tutardı
Heç bilirsiz nə qədər?
8 avqust 1985
Pidsunda