Baxacağam Vətənə

– Atam təyyarəçidir,
Səfərə çıxıb yenə, –
Söyləyir dostlarına
Bəxtiyar dönə-dönə.

Ürəyim dönür dağa,
Hər təyyarə görəndə.
Deyirəm ki, uçaydım
Kaş ki, atamla mən də.

Bir gün onunla birgə
Qalxacağam göyə mən.
Doyunca baxacağam
Yerlərə təyyarədən.

Atam öz peşəsini
Öyrədəcəkdir mənə.
Heyran-heyran göylərdən
Baxacağam Vətənə.