Bir də dö­nüb ba­xa kaş ki, yar mə­nə

Bir də dö­nüb ba­xa kaş ki, yar mə­nə,
Bu ge­ni dün­ya­nı ba­ğış­lar mə­nə.
Gör ha­çan­dan on­dan ay­rı düş­mü­şəm,
Bəl­kə de­yi­lə­cək sö­zü var mə­nə?

Mə­həb­bə­tin yox öl­çü­sü, me­ya­rı,
Qəlb­dən sev­sin qoy hə­yat­da yar-ya­rı.
İki ürək bir sim üs­tə kök­lən­sin,
Qoy bu­nu aşiq­lər bil­sin­lər ba­rı.

Ha­mı­ya xoş gəl­mir ət­ri hər gü­lün,
Üs­tü şeh­li olur tə­zə-tər gü­lün.
İn­ti­zar­la cəh-cəh vu­ran bül­bül də
Do­la­nar ba­şı­na hər sə­hər gü­lün.

Yar gəl­sə bağ­ça­ya bağ­ban olar­dım,
Yol get­sə kar­van­la sar­ban olar­dım,
Çə­kə­rək na­zı­nı hə­ya­tım bo­yu,
Mən onun eş­qi­nə sa­diq qa­lar­dım.

Si­nə­min üs­tü­nü yol elə­sin yar,
Hər nə is­tə­yir­sə, qoy elə­sin yar,
Onun hər əm­ri­nə ha­zı­ram inan,
Tək­cə mə­ni sev­sin, əziz­lə­sin yar.

Nə­lər gör­mə­yib­dir kai­nat, nə­lər?
Köç edib fa­ciə, qır­ğın gö­rən­lər.
Cəl­lad cəl­lad olub əməl­lə­riy­lə,
Qan tö­küb, ev yı­xıb şah­lıq edən­lər.

Fa­teh­lər əmr edib, si­lah­lar di­nib,
Qal­xan­lar toq­qu­şub, qı­lınc­lar enib.
Qa­zan­cı nə olub baş­kə­sən­lə­rin?
Yer­lər, göy­lər qı­zıl qa­na bü­lə­nib.

Həs­rə­tin­dən bo­ğu­lan­da, əzi­zim,
Qəl­bim söz­lə do­lan an­da, əzi­zim,
Kön­lü­mün həm­də­mi ol­say­dın əgər,
Ürə­yim gü­lər­di on­da, əzi­zim.

Əğ­yar ye­nə mən­dən sə­nə söz de­yib,
Zənn et­mə ki, doğ­ru de­yib, düz de­yib.
Onun bir­cə ar­zu­su bu olub ki,
Bir gün mən­dən dö­nə­rə­sən üz, de­yib.

Yol­la­rı­na gül sə­pə­rəm, gəl­sən, yar,
Se­vi­nə­rəm, göz ya­şı­mı sil­sən, yar.
Hə­yat şi­rin olar, gün­lər mə­na­lı,
Ürək di­lə gə­lər, ye­ni nəğ­mə do­ğu­lar.

Gü­lü­şün nəğ­mə­di, sö­zün nəğ­mə­di,
Ba­xı­şın nəğ­mə­di, gö­zün nəğ­mə­di,
Sı­ra­la­nıb dü­zül­dük­cə mis­ra­lar,
Sə­nin gül ca­ma­lın, üzün nəğ­mə­di.

Mən qə­ləm tut­sam da şei­ri ya­zan sən,
Mun­cuq ki­mi sö­zü sa­pa dü­zən sən,
Həs­rə­tin­dən qəl­bim oda yan­sa da,
Gen do­la­nıb, ay­rı­lı­ğa dö­zən sən.

Nə­dən uzaq dü­şüb gö­züm­dən yu­xu?
Oya­ğam keç­sə də, ge­cə­nin ço­xu.
Tən­ha xə­yal­la­ra dal­mı­şam bu gün,
Si­nə­mə tuş­la­nıb bir həs­rət oxu.

Ay­rı­lı­ğa tab­la­şır­san ne­cə sən?
Bil­mə­yi­rəm ney­lə­yir­sən, ne­cə­sən?
Val­lah bil­məm bir də mə­nim yu­xu­ma
Gə­lə­cək­sən, gü­lüm, han­sı ge­cə sən?

Göz­lə­yir qar­şı­da xoş gün­lər bi­zi,
Bir­lik­də do­la­şaq də­rə­ni, dü­zü.
Ya­dın­dan çı­xar­ma, çı­xar­ma bu­nu,
Sə­nə ün­van­lan­dı şai­rin sö­zü.

22 av­qust 2002