Axı necə yar deyəsən?
İlqarımız var, deyəsən?
Gəl ey vəfadar, deyəsən
Əhdi danan bir gözələ.
Ürək deyir gəl çəkmə ah,
Səni duyar yarın vallah,
Parlaq günəş neylər, Allah,
Eşqi donan bir gözələ?
Könlüm yalnız onu andı,
Pozulmazdır eşqin andı,
Bu dünyada can qurbandı
Yarı qanan bir gözələ.
İlqarımdan dönmərəm mən,
Öz zirvəmdən enmərəm mən,
Sadiq oldum əzəl gündən
Oda yanan bir gözələ.
Sevib ilham almalısan,
Bəmdə, zildə çalmaılsan,
Daim sadiq qalmalısan
Səni anan bir gözələ.