Elin gözəl adəti,
Gözəl ənənəsi var.
«Bir qız bir oğlanındı» –
Yaxşı deyib atalar.
Əhdi-peyman eyləyib
Sevdi oğlan da, qız da.
Cütlərin təmiz eşqi
Gəzdi dildə, ağızda.
Aldılar «hə» cavabı
Qız evinə getdilər.
Elçilər geri döndü
Kefi çağ, üzü gülər
Torpağımın neməti
Süfrələrə düzüldü.
Mübarəkdir! – dedilər,
Tez şirin çay çüzüldü.
Bax, beləcə, a dostlar,
Tapıldı bir yar, qıza.
Oğlan evindən gedib
Bəlgə taxdılar qıza.
Keçdi təntənə ilə
Nişanla toy şənliyi.
Bu da qızla oğlanın
Tanrıdan pay şənliyi.
Elin gözəl adəti,
Gözəl ənənəsi var.
«Bir qız bir oğlanındı» –
Yaxşı deyib atalar.
Rusiya, İvanovo şəhəri
12 iyul 2002