Bu şeirimi

Duyğum çoxdu, yazım çoxdu,
Sənə yazdım bu şeirimi.
Deyiləsi sözüm çoxdu,
Sənə yazdım bu şeirimi.

Xoş arzum, xoş niyyətimdi,
Amalımdı, ülfətimdi,
Elə bu da qismətimdi –
Sənə yazdım bu şeirimi.

Sözüm əyan oldu, gülüm,
Öndə uzun yoldu, gülüm,
Ürək odla doldu, gülüm,
Sənə yazdım bu şeirimi.

Adını çəkmək nə lazım,
Göz yaşı tökmək nə lazım,
Gəlib diz çökmək nə lazım,
Sənə yazdım bu şeirimi.

Əli Vəkil, nəğmə sevən,
Bunu lap çoxdan bilirsən,
Qəlbimdə dilə gəlirsən,
Sənə yazdım bu şeirimi.

29 iyul 2002