Qayaların köksündən də çağlayar
Bu dağların göz yaşıdır bulaqlar.
Ötənləri mehman edib saxlayar,
Yolçuların sirdaşıdır bulaqlar.
Suyu safdır, sevənərin qəlbitək
O həyatdır, bir də doldur ver içək.
Dörd yanını bəzəmişdir gül-çiçək,
Dərələrdə yanaşıdır bulaqlar.
Əli deyər insanlarla əhdi var,
Qucağında ötər kaman, dinər tar.
Yoxsulu, varlını bərabər tutar,
Arifmidir, ya naşıdır bulaqlar?
10 avqust 1968
Yerevan