Bülbül

Evdə də saxlayırlar,
Heç kəs doymur nəğməmdən.
Cəh-cəh vurub ötürəm
Baharın eşqiylə mən.

Nəhmə oxuyum deyə
Qəfəsə də salırlar.
Amma məni səsləyir,
Güllü-çiçəkli bağlar.