Cəhrə

Evdə hər şeyi
Seyr etdi Zöhrə.
Dedi, ay nənə,
Nəyə gərəkdir
Axı bu cəhrə?
– Qulaq as, mənə,
Qulaq as, qızım.
Mənim ağıllım,
Parlaq ulduzum.
Yayda qoyunun
Qırxılır yunu.
Sonra yaxşıca
Yuyuran onu.
Bu daraq ilə
Darayıram mən.
Sən ki, bilirsən
İşsiz qalmağı
Sevməyir nənən.
Daranan yunu
Bu cəhrə ilə
Əyirirəm mən.
Sənə köynəyi
Toxuyub bibin
Həmin bu ipdən.

10 avqust 1985
Pidsunda