Çəmənin nəğməsi

Sanki yaşıl xalıyam,
Göy çəmənəm, göy çəmən.
Çiçəyimlə, otumla
Tanınıram hər vaxt mən.

Xoş ətirli çiçəklə
Əlvan güllə bəzənnəm.
Həm yaylaq, həm biçənək,
Həm də yaşıl düzənəm.

Yayda şən balaları
Qucağıma səslərəm.
Mən onları əzizlər,
Ana kimi bəslərəm.

Lalə ilə oyanmış
Gen dərəyəm, yaşıl dağ.
Sürü, naxır otlayan
Ən səfalı bir yaylaq.

12 avqust 1985