Ça­ğır mə­ni

Biz ay­rı düş­mü­şük bir-bi­ri­miz­dən,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.
Ya­man in­ci­mi­sən adi­cə söz­dən,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Bu həs­rət, in­ti­zar dərs ol­du bi­zə,
Yə­qin ki, sev­gi­miz tez gəl­di gö­zə.
Gə­lib sən­siz ke­çən öm­rü­mü bə­zə,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Axı ay­rı­lı­ğa dö­züm gə­rək­dir,
Sə­nə məs­lə­hə­tim, sö­züm gə­rək­dir,
Qoy tə­zə nəğ­mə­ni ya­zım, gə­rək­dir,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Qəl­bim­dən ke­çə­ni du­ya bi­ləy­din,
Həs­rə­tə döz­mə­yib, dö­nüb gə­ləy­din,
Se­vin­ci­mi, kə­də­ri­mi bö­ləy­din,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Ağır ke­çir in­di sə­niz gün­lə­rim,
Har­da­dı du­man­sız, çən­siz gün­lə­rim?
Baş­la­yıb­dır səs­siz, ün­süz gün­lə­rim,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Ney­lə­yir­sən mən­siz or­da sən in­di?
Ni­yə düş­dün axı biz­dən gen in­di?
Kök­süm­də­ki od­lu ürək sə­nin­di,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

Ümid­siz do­la­nıö gəz­mə, aman­dı,
Gəl Və­kil Əli­ni üz­mə, aman­dı,
Bez­mə eş­qi­miz­dən, bez­mə, aman­dı,
Ça­ğır mə­ni, ça­ğır gə­lim, ay gü­lüm.

22 av­qust 2002
Ru­si­ya, İva­no­vo şə­hə­ri