Tənha qalıb darıxanda,
Çağır, gülüm, çağır məni.
Fikrə dalıb darıxanda,
Çağır, gülüm, çağır məni.
Gəl bölüşək dərdimizi,
Qoy üzməsin dərdlər bizi,
Tez taparam yolu, izi,
Çağır, gülüm, çağır məni.
Bircə anda uçub gəlləm,
Qısa yolu seçib gəlləm,
Dənizləri keçib gəlləm,
Çağır, gülüm, çağır məni.
Özgə kimə var gümanım?
Səslə, doğrular gümanım,
Sənsən mənim yar, gümanım,
Çağır, gülüm, çağır məni.
Niyə üzsün həsrət bizi?
Bu ayrılıq, möhnət bizi,
Bir sınayaq bəxtimizi,
Çağır, gülüm, çağır məni.
4 avqust 2000