Canacan

Unutmasın, yad eləsin yar andı,
Eşq yolunda fərhad dağlar yarandı,
Aramızda yeni sevgi yarandı,
Qoy işləsin iliyəcən, canacan.

Məktub gəlib, ver oxuyum, yardandı,
Yar Günəşdi, yar sərhəddi, yar dandı,
Kim deyir ki, öz əhdini yar dandı?
Layiq olsun qoy yara yar, cana can.

Əli Vəkil, bürünübdür yar ala,
Könlünü də yar küsdürə, yar ala,
Demədim ki, gəl qəlbimi yarala,
Eşq oduna yanmalısan, can, a can!

10 iyun 1988