Canavar

Vəhşilər arasında
Mənim də öz yerim var.
Ac qurd deyərlər bəzən,
Bıçaq tək dişlərim var.

Ac qalsam qarlı qışda
İtləri də yeyərəm…
Nə qədər qoyun qırsam,
Yenə azdır, – deyərəm.