Göz yaşını sıxdı bulud,
İldırım da çaxdı yenə.
Çaylar çıxdı yatağınuan,
Çölə, düzə axdı yenə.
Yanağını sildi səma,
Anam günəş nur çilədi.
Ətir saçdı əlvan güllər,
Dağlar, düzlər gəl-gəl dedi.
Nəzər salıb göylərə mən,
Xəyallara daldım bir an.
Zənn etdim ki, yağış deyil,
Çiçək idi bu gün yağan.
1984