Dəvə

Fildən kiçik olsam da,
Güclü heyvanam mən də.
Yüküm çox ağır olur
Ellər dağa köçəndə.

Hara çəksə sahibim
Gedirəm aram-aram.
Eşidərək sözünü
Yat, – deyəndə yatıram.