Dalğalar

Qanad alıb küləkdən,
Öpürsüz sahilləri.
Qayalara, daşlara
Əsrləri, illəri!

Qağayılar baş vurur
Köpüklü sinənizə.
Gözəl yaraşıqsınız
Bizim mavi dənizə.

Bərq vurun günəş altda,
Dümağsınız, dalğalar.
Göy Xəzərin şalında
Saçaqsınız, dalğalar!

1984