Nələr, nələr anıram,
Həyata bağlanıram,
Eşq oduna yanıram
Səni dinləyən zaman.
Dalıram xəyallara,
Vuruluram dübara,
Qovuşuram bahara
Səni dinləyən zaman.
Od-atəş var gözündə,
Eşq-intizar gözündə,
Məni oxlar gözün də
Səni dinləyən zaman.
Doymayıram səsindən,
Ətirli nəfəsindən,
Sözə vuruluram mən
Səni dinləyən zaman.
3 fevral 2001