Doğma səs

Qərq olmuşdum xəyallara mən yenə,
Söz dünyamı bürümüşdü çən yenə,
Ürəyimdə hakim idin sən yenə,
Dəstəkdə dinlədim doğma səsini.

Tənha idim qəm əkib, qəm biçirdim,
Söz bağından yeni sözlər seçirdim,
Həsrətini şərbət kimi içirdim,
Dəstəkdə dinlədim doğma səsini.

Dərdləşirdim xəyalən mən səninlə,
İlahəsən mənim üçün sən elə,
Ləyaqətli bir gəlin ol sən elə,
Dəstəkdə dinlədim doğma səsini.

Ürəyimdə çiçək açdı sözlərin,
Qaranlıqda işıq saçdı sözlərin,
Yaddaşımda qalacaqdı sözlərin,
Dəstəkdə dinlədim doğma səsini.

Əli Vəkil dönən deyil sözündən,
Ürəyini oxuyacaq gözündən,
Səni görsə nur yağacaq üzündən,
Dəstəkdə dinlədim doğma səsini.

9 noyabr 2000