Dün­ya­da

Eniş­li, yo­xuş­lu yol­lar­dan keç­dim,
Bu do­lu dün­ya­da, bu boş dün­ya­da,
Ney­lə­yim, şər­bət də, ağı da iç­dim,
Özü­mə, sö­zü­mə sir­daş dün­ya­da.

Gör­düm so­ya­nı da, so­yu­la­nı da,
Əzab çə­kə­ni də, sa­yı­la­nı da,
Qəf­lət yu­xu­sun­dan ayı­la­nı da,
Bəs ne­cə tab­laş­sın bu baş dün­ya­da?

Özü­nə əyan­dı, nə gör­düm, Al­lah,
Ba­xa­raq kök­sü­mü ötür­düm, Al­lah,
Dağ­lıq Qa­ra­ba­ğı itir­dim, Al­lah,
Üzür ürə­yi­mi tə­laş dün­ya­da.

Qa­tı­ğa qa­ra­dır de­yən bir­di­mi?
Ya­lan­dan dö­şü­nə dö­yən bir­di­mi?
Ka­sı­bın pa­yı­nı ye­yən bir­di­mi?
Oğ­ra­şı ya­şa­dan oğ­raş dün­ya­da.

Qey­rət­dən dəm vu­ran na­ki­şi­lər var,
Qu­caq­da otu­ran na­ki­şi­lər var,
Və­tə­nə tor qu­ran na­ki­şi­lər var,
Xey­ri yox, ha çar­pış, da­laş dün­ya­da.

Hər şe­yi sa­tan var, şöh­rət-şan üçün,
Bir ca­vab ve­rən yox na­haq qan üçün,
Mərd­lər qur­ban get­di bu mə­kan üçün,
Qa­til­lə, cəl­lad­la qar­daş dün­ya­da.

Sa­tar Və­tə­ni­ni, sa­tar na­mu­su,
Məc­lis­də şə­ra­ba qa­tar na­mu­su,
Ba­car­sa itə də atar na­mu­su,
Ax­ta­rar gey­mə­yə qu­maş dün­ya­da.

Pu­la si­nov ge­dən nə çox, İla­hi,
Hər an für­sət gü­dən nə çox, İla­hi,
Ağ­la­yıb, ah edən nə çox, İla­hi,
Tə­ləs­mə, ya­vaş get, ya­vaş dün­ya­da.

Ya­zı, po­zu ney­lə­yə­cək ha­rı­na?
Ar­xa­yın­dı sər­və­ti­nə, va­rı­na.
Heç bu söz­lər gəl­məz onun arı­na,
Ha bu­laş çir­ka­ba, bu­laş dün­ya­da.

Ana­mız Və­tən­dir, Və­tən də ana,
Öv­lad­lıq et­dik­mi, de­yin biz ona,
Nə ca­vab ve­rə­yin in­di ca­ha­na?
Axır göz­lə­rim­dən ha yaş dün­ya­da.

Tez apar­dı Tap­dıq Mux­tar oğ­lu­nu,
Elə gə­rək, elin ba­har oğ­lu­nu.
Unut­ma­yır doğ­ma di­yar oğ­lu­nu,
O qoy­du daş üs­tə bir daş dün­ya­da.

Düş­mən tap­da­ğın­da elin kən­di də,
Dər­də tab­la­şı­ram, ay Qor­qud Də­də.
Qoy Əli Və­ki­lin beş-on bən­di də
Ya­şa­sın bu qu­ru, bu yaş dün­ya­da.

4 ok­tyabr 2002