Dünyaya gələndə insan övladı,
Həyatın bəzəyi, cahan övladı.
Bir qız bir oğlanın qisməti olur,
Sevib-sevilənin aşiqdir adı.
Məsləhəti az eşitdi kimlərsə,
Sevgidə dəllallıq etdi kimlərsə,
Öz səhvini düzəltmədi həyatda,
Əyri yolla yenə getdi kimlərsə.
Dünyanı oyuncaq sayan az deyil,
Sevməmiş sevgidən doyan az deyil.
Aşiqlərin, məşuqların dünyası,
Eşqi-məhəbbəti duyan az deyil.
Hər insan sabaha bəsləyir ümid,
Onu yaşamağa səsləyir ümid.
Qulaq assan ürəyinin səsinə,
Qəzəbin daşanda sus deyir ümid!
Ər, arvad həsrətlə övlad gözlədi,
Üz tutub Tanrıya imdad gözlədi.
Ümid qəlblərində göyərdi bir gün,
Ata, ana ilk balaya-can dedi.
23 avqust 2002
Rusiya, İvanovo şəhəri