El qızı

Nə yaxşı qarşıma çıxdın axı sən,
Ömrümün baharı ol, ay el qızı.
Şimşək tək qəlbimdə çaxdın axı sən,
Aşiqin qeydinə qal, ay el qızı.

Davranışın, söz-söhbətin nə gözəl,
Açıq qəlbin, xoş sifətin nə gözəl,
Dərin ağlın, xasiyyətin nə gözəl,
Könül rübabımı çal, ay el qızı.

İlahəsən, söylə sənə tay hanı?
Bircə baxışınla üzürsən canı,
Çöllərə salarsan sevən insanı,
Mənimlə dərdini böl, ay el qızı.

Görəndə üzünü mat qaldım düzü,
Hüsnünə baxanın qamaşır gözü,
Mənə deyəcəyim ən şirin sözü
Məndən hədiyyə tək al, ay el qızı.

İlham pərisi ol Əli Vəkilin,
Hər an könlünü al Əli vəkilin,
Gülüm, qədrini bil Əli Vəkilin,
Onunla xəyala dal, ay el qızı.

Rusiya, İvanovo şəhəri
12 iyul 2002