Elşənin nağılı

Təyyarəyə minərək
Göylərdə süzmüşəm mən.
Gəmiylə yol gedərək
Dənizdə üzmüşəm mən.

Qatarda da gəzmişəm,
Raket ilə uçmuşam.
Avtobusla kəndədək
Yol getmişəm bir axşam.

Çox minmişəm marala
Yapışıb buynuzundan.
Az qalıb ki yıxılam
Filin üstdən öaxan an.

Bilirsən necə çapdım
Əyri boyun dəvəni.
Az qalmışdı başından
Yerə tullasın məni.

Yaman qamçılamışam
Suda begemotu da.
Axı bütün bunları
Niyə saldım mən yada?

Elşən nağıl etdikcə
Öyünürdü Aysel də.
Axı Elşən bunlara
Minmişdi karuseldə.

24 avqust 1985
Pidsunda