Gəl söndür

Şölən ürəyimi işıqlandırır,
Səni düşünürəm bu anda, gülüm.
Eşqinin atəşi məni yandırır,
Nə yaxşı sən varsan cahanda, gülüm.

Qoy sıxsın əlimi ilk bahar mənim,
Sinəmdə yurd salan duyğular mənim,
Nəğmədən savayı nəyim var mənim,
Ürək dil açarmı donanda, gülüm?

Sevgi yoxsa, insan ömrü hədərdi,
Bu dünya gözəlsiz boş görünərdi,
Əli Vəkil, yol yoldaşın kədərdi,
Gəl səni yad edib, ananda, gülüm.

10 iyul 2003