Gərək

Sevən kəslər sevincdən quştək qanad açsın gərək,
Say eşqin göylərində uçsun, uçsun, uçsun gərək.

Aşiq olan dönməsin öz sözündən, öz əhdindən.
Məhəbbətin yolunda lap canından keçsin gərək.

Ürəyi bir don geysin hər gül üstə qonmasın,
Səadət şərbətini doldurub içsin gərək.

Kim könüldən sevirsə, əhdə sadiq öz yarını.
Sevdalı ürəyinin yolunu açsın gərək.

Min illərdi yaşayır aşiqlər ənənəsi,
Aşiqlərin yolunu bəyənsin, seçsin gərək.

Məhəbbətdə dəllalıq nə lazımdı dünyada?
Sevənlər ürəyinə alovdan don biçsin gərək.

Əli Vəkil, unutma, qonağıq biz bu cahanda,
İnsan oğlu qəlbində saf məhəbbət köçsün gərək.

12 may 2002