Qonaq gəlibdir
Gilas şəhərdən.
Çıxır bağçanı
Gəzməyə hərdən.
Gilas yamanca
Qızarıb, dəyib.
Ağacda boldur,
Budağı əyib.
Gilas dərdilər
Gilasa qızlar.
Gilas verdilər
Gilasa qızlar.
Gilas gilasdan
Doyunca yedi.
Yoldaşlarına:
– Sağ olun! – dedi.
Sonra uşaqlar
Evə gəldilər.
Heç kəsə heç nə
Bildirmədilər.
Ana diqqətlə
Baxdı qızına.
Tutub əlindən
Söylədi ona:
– Əlin, üz-gözün
Boyanıb yaman.
Söylə, a Gilas,
Doydun gilasdan?
9 avqust 1985
Pidsunda