Görən keçi qurdun nəyini yeyib?

Görən keçi qurdun nəyini yeyib?
Görüşüb? Keçi qurda nə deyib?
Qurd keçini dərhal tutub parçalar,
Axı bunu görəsən kim söyləyib?

Çanaqlı bağa da çıxıb çanaqdan,
Çanağını bəyənməyir, ay aman.
Bu dünyada hər bir canlı, deyirəm,
Öz əslinə sadiq qala hər zaman.

O, darda qalanın dadına çatmaz,
Kirəsiz kilimin ucunu tutmaz.
İnsanlar mərhumla vidalaşanda
Heç onun gözünə torpaq da atmaz.

Kor qurdun həyatda bəxti gətirər,
Onunkunu ulu Tanrı yetirər.
Tapar qismətini, yuvasındaca,
Günləritni bir-bir belə ötürər.

Nə faydası yiəsinə kor gözün?
Görmür çiçəyini dərənin, düzün.
Tamaşa yaranıb dünyə əzəldən,
Ay insanlar, onu doyunca gəzin.

Bacarırsan koru körpüdə keçirt,
Qayğıkeş ol, tut əlindən sən keçirt.
Kömək olur əlindəki ağacı,
Təşəkkür axacaq dilindən, keçirt.

Sular kimi hər bir səmtə axan var,
Bu dünyada kölgəsindən qorxan var.
Kimsə deyir ehtiyatlı adamdı,
Hər yetənə şübhə ilə baxan var.

Köhnə palan içi tökmə, ayıbdı,
Ədavət toxumu əkmə, ayıbdı.
Palanın içində nə olar axı?
Kimisə sınağa çəkmə, ayıbdı.

Gün işarar, göz yaşarar deyiblər,
Dər çox ağlamağa nə var, deyiblər.
Gün işığı yaşlı gözü qurutmaz,
Kövrək adam tez-tez ağlar, deyiblər.

Sən lavaş qulağı genəltmə barı,
Aclar çoxdan yeyib o lavaşları.
Çalış halal qazan öz çörəyini,
Yoxsul gəlsin sənin evinə sarı.

Mənə toxunmayan qurd min yaşasın,
Dönə-dönə deyin amin, yaşasın.
Toxunmaram mənsə deyirəm qurda,
Qoy olsun arxayın, əmin yaşasın.

Mərddən bir çıxar, namərddən iki,
Namərd dinər, mərd dillənən deyil ki.
Mərdin ürəyində ümman yerşələr,
Mərd öz istəyindən çəkinməz bil ki.

Bilirik ki, sənin adındı dərviş,
Unutma, dünyada pula aşır iş.
Pulu olmayanın dli gödək, cibi boş,
Dünyamız beləcə eyləyir gərdiş.

Çulu cırıq olsun gərək ayğırın,
Səyirdək, gücünü görək ayğırın.
At insanın dostu olub həmişə,
Yemini vaxtında verək ayğırın.

Ala qarğa suya düşsə qaz olmaz,
Bir qarğaynan qarğa sayı azalmaz.
Qarr, deyərək ala qarğa qar istər,
Üzə bilməz suda, o, qarsız qalmaz.

23 sentyabr 2002