Göyçə dağlarına

 

Zirvənizdə əriməyir qarınız,
Sürü sərvətiniz, naxır varınız,
Gül-çiçək gətirir ilk baharınız,
Sıyrılsın dumandan daşınız, dağlar.

Yaşıl donunuzu geyin yenə də,
Yer var zirvənizdə duman-çənə də,
Gülünüzdən pay düşəydi mənə də,
Bilinmir necədir yaşınız, dağlar.

Burda Ələsgərin sözü səslənib,
İmanın köksündə nələr bəslənib,
Şirlər qarşısında tülkülər sinib,
Şahid-yaddaşınız, yaşınız, dağlar.

Qalxım aşırımları, dərədən keçim,
Ayna bulaqlardan doyunca içim,
Yamacda ətirli gülləri seçim,
Çatılsın yenə də qaşınız, dağlar.

Öpsün saçlarımı səhərin mehi,
Qonsun ayağıma otların şehi,
Əli məskən seçsin yaşıl quzehi,
Yastığım, yorğanım danışız, dağlar.

İyun 1965