Göz­lə­rin

Ba­xı­şın üzü­mə zil­lə­nən an­dan
Elə bil gur işıq saç­dı göz­lə­rin.
Hə­lə­lik, de­yə­rək ay­rı­lan za­man
Köç­dü bə­bə­yi­mə, köç­dü göz­lə­rin.

Gəz­dim yay­laq­la­rı, dağ­lar­dan aş­dım,
Kəs­di yol­la­rı­mı çən-du­man, aş­dım.
Azıb me­şə­lər­də yo­lu­mu çaş­dım,
Doğ­ma cı­ğır­la­rı seç­di göz­lə­rin.

Gü­lən­də mən sə­nin gö­zü­nə bax­dım,
Məs­lə­hət elə­din, sö­zü­nə bax­dım.
Gü­nə­şi an­dı­ran üzü­nə bax­dım,
Biç­di qa­ran­lı­ğı, biç­di göz­lə­rin.

Mən yat­ma­dım, gö­zün yat­dı gö­züm­də,
Bəl­kə elə ka­ma sat­dı gö­züm­də.
Elə bil­ləm kai­nat­dı gö­züm­də,
Mə­nim də gö­zü­mü aç­dı göz­lə­rin.

Əli Və­kil, hər ba­xı­şı du­yan­dı,
Arif­dir o, de­yil na­şı, du­yan­dı.
Göz­də nu­ru, göz­də ya­şı du­yan­dı,
Dön­dü sə­nə, ni­yə uç­du göz­lə­rin.

27 av­qust 2002