Gözəlsən

Gül sözünü qorumusan adında,
Yandırma qəlbimi hicran odunda,
Verdiyin sözləri saxla yadında,
Hamıdan gözəlsən, gözəl dünyada.

Ağlımı başımdan alıb gözlərin,
Odları canıma salıb gözlərin,
Əbədi yadımda qalıb gözlərin,
Hamıdan gözəlsən, gözəl dünyada.

Görənlər deyir ki, mələksən, mələk,
Qəlbini oxuyub, anlamaq gərək,
Sənə vurulmasın neyləsin ürək?
Hamıdan gözəlsən, gözəl dünyada.

Gizli saxladığım adın müqəddəs,
O ada layiqsən, qoy bilsin hər kəs,
Bu an eşidilir qəlbimdə bu səs:
Hamıdan gözəlsən, gözəl dünyada.

Əli Vəkil, söz qaynadı, söz daşdı,
Xəyalın səyyah tək yurdu dolaşdı,
Bu nə həyəcandı, bu nə təlaşdı?
Hamıdan gözəlsən, gözəl dünyada…

6 aprel 2001