Gözlədim

Söz vermişdin axı sən,
Yolunu çox gözlədim.
Niyə qaçdın sözündən?
Yolunu çox gözlədim.

Düz çıxmadın əhdinə,
İndi nə deyim sənə?
Sözünü yad etsənə,
Yolunu çox gözlədim.

Sağa, sola ha baxdım,
Dönüb yola ha baxdım,
Mən dəli olacaqdım,
Yolunu çox gözlədim.

Niyə gəlib çıxmadın?
Ürəyimdə çaxmadın,
Mənə doğmadır adın,
Yolunu çox gözlədim.

Sözlərini andım mən,
Alışdım mən, yandım mən,
Bunu yuxu sandım mən,
Yolunu çox gözlədim.

Əli Vəkil susarmı?
Yada qulaq asarmı?
Küsməyin yeri varmı?
Yolunu çox gözlədim.

12 yanvar 2002