İntizarla, həsrətlə
Zəngini çox gözlədim.
Ürəyim gəldi dilə
Zəngini çox gözlədim.
Səni ilahə sandım,
Gül üzünü hey andım,
Tənhalıqdan usandım,
Zəngini çox gözlədim.
Söz vermişdin axı sən?
Eylədin günahı sən?
Kaş insafa gələsən,
Zəngini çox gözlədim.
Əli Vəkil darıxdı,
Həsrət gözündə çaxdı,
Yəqin güləcək baxdı?
Zəngini çox gözlədim.
1 yanvar 2001